Bahar Muradova Ağdamda vətəndaşlarla görüşüb
Oktyabrın 15-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ağdam şəhərində vətəndaşlarla görüşüb.
ERAmedia-ya Dövlət Komitəsindən bildirilib ki, görüşdə Ağdam, Füzuli və Xocavənd rayon sakinlərinin müraciətləri dinlənilib.
Müraciətlər arasında məşğulluq və işlə təmin olunma, ailə məsələləri, aliment ödənişi, uşaqların sağlamlıq təminatlarının gücləndirilməsi, əlilliyin bərpası, həmçinin qadınların kiçik sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı məsələlər yer alıb.
Hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.









