media-17895623895732659820_1200x630

Sərnişin tələbatının artması nəzərə alınaraq sentyabrın 19-u və 20-də Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək.

ERAmedia-ya bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib.

“Eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi hərəkət cədvəlinə uyğun olaraq gündəlik səfərlər təşkil edilir. Sərnişinlər qatar biletlərini dəmir yolu kassalarından, ADY-nin rəsmi internet saytından və “ADY Mobile” tətbiqindən əldə edə bilərlər”, – deyə məlumatda qeyd olunur.


media-adspc

Bənzər xəbərlər