Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri olacaq
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq məqsədilə oktyabrın 24-də və 25-də Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.
ERAmedia-ya ADY-dən bildirilib ki, Bakı–Qazax–Bakı marşrutu üzrə də ənənəvi qrafikə uyğun olaraq gündəlik səfərlər təşkil olunur.
Qatar biletlərini ADY-nin rəsmi internet saytından, “ADY Mobile” mobil tətbiqindən və ya dəmiryol kassalarından əldə etmək mümkündür.










