Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reysləri olacaq
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün sentyabrın 26 və 27-də Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.
ERAmedia-ya ADY-dən bildirilib ki, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.









