media-videoedited
media-566208843_1234794658682184_6772856201332005920_n
media-shehidler_olmez_baner_full
II “INTERNSHIP” (təcrübə) proqramında iştirak üçün ölkəmizdə səfərdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin diaspor qurumlarının rəsmiləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olublar.
ERAmedia xəbər verir ki, BBMM-in icraçı direktoru Rəvan Həsənov qonaqlara Azərbaycanın multikulturalizm siyasəti haqda geniş məlumat verib. Azərbaycanda multikultural dəyərlərin əsrlərdən bəri önəmli yer tutduğunu, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını diqqətə çatdırıb. O, BBMM-in fəaliyyəti, həyata keçirdiyi layihələr haqda da danışıb. Diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə 2014-cü ildə yaradılan BBMM beynəlxalq statusa malikdir və azsaylı xalqların mədəniyyətinin, dilinin, inanclarının qorunması istiqamətində çox mühüm layihələr həyata keçirir.

media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər