media-videoedited
media-558208118_1223743179787332_8844058685562433358_n
media-shehidler_olmez_baner_full
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin prezidenti Dallin Oks və G20 Dinlərarası Dialoq Forumunun prezidenti Kol Durhamla görüşüb.
ERAmedia xəbər verir ki, Prezident Dallin Oks ilə görüşdə Rəvan Həsənov bildirib ki, Azərbaycan qədim tarixə, zəngin mədəniyyətə və çoxəsrlik dini tolerantlıq ənənələrinə malik bir ölkədir: “Tarix boyu bizim torpaqlarda müxtəlif dinlərin, etnik icmaların və mədəniyyətlərin nümayəndələri qarşılıqlı hörmət və sülh şəraitində yaşayıb. Bu gün də ölkəmizin dövlət siyasətinin əsas istiqamətlərindən biri multikulturalizm və dinlərarası dialoqun təşviqidir”.
O diqqətə çatdırıb ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi olaraq fəaliyyətimizin əsas məqsədi bu dəyərləri dünyaya çatdırmaq, xalqlar və dinlər arasında qarşılıqlı anlaşmanı möhkəmləndirməkdir. Biz inanırıq ki, dini müxtəliflik insanları ayıran deyil, əksinə onları birləşdirən bir körpüdür. İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi də dəyərləri, ailə institutuna verdiyi önəm və ictimai həmrəyliyə çağırışları ilə seçilir. Mən əminəm ki, qarşılıqlı əməkdaşlıq və fikir mübadiləsi gələcəkdə xalqlarımız və icmalarımız arasında daha sıx əlaqələrin qurulmasına zəmin yaradacaq.
G20 Dinlərarası Dialoq Forumunun prezidenti Kol Durham ilə görüş zamanı vurğulanıb ki, dinlərarası dialoq və mədəni əməkdaşlıq qlobal miqyasda sülhün, təhlükəsizliyin və qarşılıqlı etimadın möhkəmlənməsi üçün mühüm alətdir: “G20 Dinlərarası Dialoq Forumunun bu istiqamətdə gördüyü işlər xüsusilə dəyərlidir. Sizin təşəbbüsləriniz müxtəlif dinlər və mədəniyyətlər arasında anlaşmanın, əməkdaşlığın genişlənməsinə böyük töhfə verir. Biz Mərkəz olaraq belə təşəbbüsləri dəstəkləməyə, təcrübə və layihələrimizi bölüşməyə hər zaman hazırıq. Əminəm ki, gələcək əməkdaşlığımız həm ölkələrimiz, həm də bütün dünyada sülh və həmrəyliyin güclənməsinə xidmət edəcəkdir”.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Paşazadə İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin və Stirlinq Fondunun dəvəti ilə Yuta ştatında səfərdədirlər.

media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər