Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin kollektivi Zəfər parkını ziyarət edib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbərliyi və kollektivi 27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq Zəfər parkını ziyarət edib.
ERAmedia xəbər verir ki, ziyarət zamanı Zəfər abidəsi önünə gül dəstələri qoyulub, ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad olunub.