Bakı Dövlət Peşə Təhsili Mərkəzinə direktor təyin olundu
28 iyul 2026-cı il tarixində İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinə direktor təyin edilib.
ERAmedia xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, bu vəzifəyə Səbinə Hacıyeva təyinat alıb.
Səbinə Rasim qızı Hacıyeva Bakı Slavyan Universitetində rus dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə bakalavr təhsili alıb, daha sonra isə Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə əlavə təhsil alıb.
S.Hacıyeva əmək fəaliyyətinə 2001-ci ildən etibarən peşə təhsili sistemində başlayıb. O, müxtəlif illərdə Dövlət Dəmir Yolu Liseyində laborant, rus dili fənni üzrə dərnək rəhbəri və Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifələrində çalışıb. Daha sonra Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədris şöbəsinin müdir müavini, Bakı Kompüter Peşə Liseyində dərs hissə müdiri, Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində isə tədris-istehsalat işləri üzrə direktor müavini vəzifələrində fəaliyyət göstərib.
S.Hacıyeva 7 yanvar 2025-ci il tarixində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tədris və təlim işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib, daha sonra həmin Mərkəzin direktoru vəzifəsinin icrası ona həvalə olunub.









