media-videoedited
media-1537224_1760458372-full
media-shehidler_olmez_baner_full

Bakı şəhərinin 2040-cı il baş planına əsasən Zığ və Hövsan ərazisində yerləşən çirklənmiş su hövzələrinin təmizlənməsi tədbiri həyata keçirilir.

ERAmedia xəbər verir ki, bu barədə Zığ gölünün bərpası layihəsində məlumat verilib.

Bildirilib ki, gölün sahəsi 40 ha-dır. Ətraf ərazi yaşıllaşdırılacaq, ərazidə səki zolaqları, istirahət zonaları, piyada və velosiped yolları salınacaq. Qərb zonasında landşaftın bərpası, abadlaşdırma və yaşıllaşdırma işləri aparılacaq, ərazi bərpa olunaraq istirahət və yaşayış zonasına çevriləcək. Şimal və şərq zonasıbərpa olunaraq ərazidə yaşıllıq sahəsi salınacaq.

Cənub zonasında neft quyuları konservasiya edilib, ərazilər bərpa olunacaq.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər