media-587311068_18546921013060411_32543273628233667_n
media-bant_master

Bakı İdrak Liseyi, Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə “Narkotiksiz gələcək naminə!” mövzusunda maarifləndirmə tədbir keçirilib.

ERAmedia xəbər verir ki, tədbirdə Bakı Idrak Liseyinin təsisçisi İdris Alışov, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Eyvaz Mürvələtov, Binəqədi Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanların profilaktikası işinin təşkili bölməsinin baş inspektoru, polis mayoru Cəfər Adıgözəlov, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin sahə rəisi, polis mayoru Şahin Sadıqov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı, həkim Ülkər Camalova, Bakı Narkoloji Mərkəzin əməkdaşı, sosioloq Fidan Ataxanlı, İdrak Liseyinin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbirdə mövzu ətrafında çıxışlar olub, fikir mübadiləsi aparılıb.


media-adspc

Bənzər xəbərlər