media-629529659_18561061435060411_1823927086131059414_n
Bakı İdrak Liseyində Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə “Şagirdlərin təhlükəsizliyi və davranış qaydaları” mövzusunda maarifləndirici görüş təşkil olunub.
ERAmedia xəbər verir ki, tədbirdə Binəqədi Rayon Polis İdarəsinin rəis müavini, polis mayoru Rasim Qocayev və Binəqədi RPİ-nin YYÇPİTB-nin baş inspektoru, polis mayoru Elnur Məmmədov, həmçinin liseyin rəhbərliyi və pedaqoji heyəti də yer alıb.
Çıxışlar zamanı şagirdlərin həm məktəb daxilində, həm də məktəbdənkənar mühitdə təhlükəsiz davranış qaydalarına əməl etməsinin əhəmiyyəti vurğulanıb. Hüquqa zidd halların qarşısının alınması, zərərli vərdişlərdən uzaq durmaq, kibertəhlükəsizlik və ictimai məsuliyyət mövzularında şagirdlərə ətraflı məlumat verilib. Müəllimləri də suallar ünvanlayaraq maarifləndirici və səmimi müzakirədə fəal iştirak ediblər.
Bakı İdrak Liseyi olaraq şagirdlərimizin təhlükəsizliyi və sağlam inkişafı istiqamətində dövlət qurumları ilə əməkdaşlığı önəmli hesab edir, bu kimi görüşlərin gənclərimizin hüquqi biliklərinin artırılmasına və məsuliyyətli vətəndaş kimi formalaşmasına mühüm töhfə verdiyinə inanırıq.

media-adspc

Bənzər xəbərlər