media-651897002_18576299632060411_8227888873312673550_n
Bakı “İdrak” Liseyində İlaxır çərşənbə olan Torpaq çərşənbəsi münasibətilə maraqlı və rəngarəng bayram tədbiri keçirilib.
ERAmedia xəbər verir ki, tədbir çərçivəsində müxtəlif oyunlar oynanılıb, Kosa və Keçəl obrazları çıxış edərək bayram əhval-ruhiyyəsini daha da yüksəldib.
Musiqili qonaqların çıxışları, rəqqas və rəqqasələrin ifaları tədbirə xüsusi rəng qatıb.
Şagird və müəllimlərin fəal iştirakı ilə keçirilən bu tədbir yadda qalan və əyləncəli anlarla zəngin olub.🤍
Tədbirdən maraqlı anları əks etdirən fotoları təqdim edirik.

media-adspc

Bənzər xəbərlər