Bakı İdrak Liseyində "Zəfərin qəhrəmanları: şəhidlər və qazilər" adlı tədbir keçirilib
“Konstutsiya və Suverenlik ili” çərçivəsində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Binəqədi Rayon İcra Hakimiyyətinin və “İdrak” liseyinin birgə təşkilatçılığı ilə “İdrak” liseyində 8 Noyabr-Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş “Zəfərin qəhrəmanları: şəhidlər və qazilər” adlı tədbir təşkil olundu.
ERAmedia xəbər verir ki, Tədbirdə şəhid ailələri, qazilər, dini icma sədrləri, ictimaiyyət nümayəndələri və liseyin müəllim şagird heyəti iştirak etdi.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan liseyin təsisçisi İdris Alışov iştirakçıları salamlayaraq, Zəfər tariximizlə bağlı məlumat verərək bildirdi ki, bu gün biz Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığı böyük qələbəni qürur və iftixarla qeyd edirik.
Daha sonra çıxış edənlər Şanlı Zəfər günü münasibətilə görüş iştirakçılarına öz təbriklərini çatdırdılar və Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən, qəhrəman Ordumuzun göstərdiyi rəşadətdən və bu Qələbənin xalqımızın birliyinin, gücünün və iradəsinin nəticəsi olmasından bəhs etlər. Qeyd olundu ki, 8 Noyabr – Zəfər Günü təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının qürur günüdür.
Sonda liseyin şagirdləri vətənə olan sevgilərini rəqs, mahnı və şeirlər ifa edərək bildirdilər.










