media-17727392551792837288_1200x630

Mövcud vəziyyət nəzərə alınaraq, Azərbaycan vətəndaşlarının Bakı ilə Naxçıvan arasında alternativ nəqliyyat əlaqəsindən istifadə edə bilmələri üçün AZAL-ın Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti uçuş cədvəli hazırlanıb.

ERAmedia-ya AZAL-dan bildirilib ki, uçuşa gələrkən aşağıda qeyd olunan vacib məqamlar nəzərə alınmalıdır:

sərnişinlər uçuş vaxtından ən azı 1 saat yarım öncə hava limanına yaxınlaşmalı;

üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqələrini götürməlidirlər.

Uçuş cədvəlində hər hansı bir dəyişiklik baş verdiyi təqdirdə sərnişinlərə ətraflı məlumat paylaşılacaq.


media-adspc

Bənzər xəbərlər