media-videoedited
media-9540c64b-0b7f-3e10-b8a7-205d8bd06f62_825
media-shehidler_olmez_baner_full

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Kristal Zalı” MMC 2024-cü ili 2,405 milyon manat zərərlə başa vurub. Halbuki, Zal 2023-cü ildən 5 min manat xalis mənfəətlə çıxmışdı.

Ötən il “Bakı Kristal Zalı”nın gəlirləri 2,697 milyon manat (əvvəlki ilə nisbətən 23,4% az), xərcləri isə 5,102 milyon manat (45,1 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Bakı Kristal Zalı”nın aktivləri 192,273 milyon manat olub ki, bu da illik müqayisədə 0,1 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 21,8 % artaraq 693 min manata çatıb, balans kapitalı isə dəyişməyərək 191,58 milyon manat qalıb.

Xatırladaq ki, “Bakı Kristal Zalı” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 191,567 milyon manatdır.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər