Bakı metrosunda baş vermiş faciədən 30 il ötür
1995-ci il oktyabrın 28-də Bakı metrosunda baş vermiş faciədən 30 il ötür.
ERAmedia rəsmi məlumatlara əsasən qeyd edilir ki, “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 289 nəfər həyatını itirib.
Xatırladaq ki, ölənlərdən 28-i uşaq, üçü xilasedici olub. Bundan başqa, qəza nəticəsində 270 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.









