Bakı metrosunda bədbəxt HADİSƏ
Bu gün saat 11:30 radələrində metronun “20 Yanvar” stansiyasının platformasında bir nəfər kişi cinsli sərnişinin halı pisləşib.
ERAmedia-ya bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, dərhal əraziyə təcili tibbi yardım xidməti çağırılsa da, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə qatarların hərəkət intervalına təsir etməyib, yubanma baş verməyib.









