Bakı-Qazax yolunda yük avtomobili aşıb
Bu gün saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
ERAmedia-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, “Mercedes Atego” markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneəyə çırpılaraq aşıb.
Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.










