media-ads-728x90
media-whatsapp-image-2025-08-28-at-12-59-26
media-ads-728x90

Bakı Slavyan Universitetində Fəlsəfə fənni üzrə doktorantura imtahanı ilə bağlı Koordinasiya görüşü keçirilib.

Bakı Slavyan Universitetində fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanını keçirmək üçün formalaşdırılmış müxtəlif universitetlərin nümayəndələrindən ibarət komissiya və ali təhsil müəssisələrinin təmsilçiləri ilə koordinasiya görüşü keçirilib.

ERAmedia-nın məlumatına əsasən, görüşün məqsədi imtahan prosesinin şəffaf, obyektiv və beynəlxalq standartlara uyğun şəkildə təşkil olunmasıdır.
Rektor Anar Nağıyev iclasda çıxışı zamanı iştirakçılara imtahanın təşkili qaydaları və keçirilmə mexanizmi, qiymətləndirmə meyarları, komissiya üzvlərinin vəzifələri və namizədlər üçün nəzərdə tutulan şərait haqqında geniş məlumat təqdim edib. O, imtahan zamanı namizədlərin biliklərinin obyektiv qiymətləndirilməsi məqsədilə müasir yanaşmaların tətbiqinin vacibliyini və komissiya üzvlərinin daşıdığı məsuliyyətin əhəmiyyətini xüsusi olaraq qeyd edib.

Rektor vurğulayıb ki, doktoranturaya qəbul prosesinin mərkəzləşdirilmiş qaydada təşkili Azərbaycan elmi mühitində yüksək ixtisaslı kadrların hazırlanmasına, doktorantura təhsilində keyfiyyətin artırılmasına və obyektiv seçim mexanizminin gücləndirilməsinə xidmət edir.


media-ads-728x90

Bənzər xəbərlər