Bakı – Sumqayıt qatar xəttində ölüm
Bakıdan Sumqayıt istiqamətində hərəkətdə olan sürət qatarı Novxanı yaxınlığında dəmir yolu xəttinə çıxan piyadanı vurub.
ERAmedia NOCOMMENT.az-a istinadən xəbər verir ki, nəticədə təxminən 50 yaşlı kişi hadisə yerində həyatını itirib.
Hadisədən dərhal sonra qatarın hərəkəti müvəqqəti olaraq dayandırılıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, fakt üzrə araşdırma başlanılıb.
Hazırda qəzanın başvermə şəraiti və səbəbləri araşdırılır.









