Bakı-Sumqayıt qatarına ziyan vuran şəxslər müəyyən olunublar
Oktyabrın 30-da Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarına Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində daşla ziyan vuran şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli ERAmedia -ya bildirib ki, əməli törədənlər – 2010-cu il təvəllüdlü iki yeniyetmə valideynləri ilə Sabunçu Xətt Polis Şöbəsinə dəvət olunublar.
Onlar barəsində müvafiq qanunvericiliyə uyğun profilaktik məsuliyyət tədbirləri görülüb.









