media-17834432635159460426_1200x630

Paytaxtın Binəqədi rayonu, Bakı-Sumqayıt şosesində, “Şamaxinka” tunelindən çıxış hissədə nəqliyyat vasitələrindən birində yanğın baş verib.

Bu barədə ERAmedia-ya Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat verib.

Bildirilib ki, bu səbəbdən həm “Xırdalan” dairəsi, həm də metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb. Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması məqsədilə zəruri tədbirlər görülür.

media-17834432631046818678_1200x630


media-adspc

Bənzər xəbərlər