Bakı Sumqayıt yolunda-QƏZA sıxlıq yaradıb
Bakı-Quba-Rusiya avtomobil yolunun Xırdalan şəhərindən keçən hissəsində yol – nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar tıxac yaranıb.
ERAmedia – nın əməkdaşı hadisə yerindən bildirir ki, sıxlığa səbəb AL Market-ə məxsus İsuzu markalı yük avtomobili ilə Ford Fusion markalı minik avtomabilinin toqquşmasıdır.
Dövlət Yol Polisi əməkdaşları yolda hərəkətin intensivliyini təmin etmək üçün operativ tədbirlər həyata keçirir.
Qəza ilə bağlı araşdırma aparılır.
Əli Fərhad










