media-s3lcczt0mtesvczwb045k2dv0xecffoayb6qxlou_1200

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Sumqayıt şəhərlərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

ERAmedia xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, araşdırma zamanı Bakı şəhərinin Xətai rayonu (Zığ şosesi), Xəzər rayonu (Zirə qəsəbəsi), Nəsimi rayonu (H.Sarabski, A.Qurbanov və S.Salayev küçələrinin əhatə etdiyi ərazi) və Sumqayıt şəhərinin 20-ci məhəlləsində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara ümumilikdə 73 320 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.


media-adspc

Bənzər xəbərlər