media-17678786554131416450_1200x630

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı “Bakı–Xankəndi” Azərbaycan velosiped yarışına qatılacaq komandaların sayı artıb.

ERAmedia -ya Azərbaycan Velosiped İdmanı Federasiyasından  bildirilib ki, iştirakçılar sırasına Türkiyənin “Sportoto” kontinental komandası əlavə olunub.

Bununla da turnirdə çıxış edəcək komandaların sayı 18 ölkədən 1 Dünya Turu, 7 Pro-Tur, 13 kontinental komanda və Azərbaycan yığması olmaqla, 22-yə yüksəlib.

Qeyd edək ki, yarış mayın 10-14-də təşkil olunacaq.


media-adspc

Bənzər xəbərlər