media-videoedited
media-metro1
media-shehidler_olmez_baner_full

Cari ildə təsdiqlənmiş dövlət proqramı çərçivəsində ictimai nəqliyyat xidmətlərinin əlçatanlığının genişləndirilməsi nəzərdə tutulur.

ERAmedia xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov modern.az-a məlumat verib.

O, bu fikirləri Milli Məclisdə baş tutan “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusuna həsr olunmuş elmi-praktik konfransda çıxışı zamanı səsləndirib.

“Eyni zamanda metro infrastrukturunun inkişafından tutmuş təqribən 300-ə yaxın vaqonun alınması, 10 yeni stansiyanın inşası (bu yalnız 2030-cu ilə qədər icra ediləcək), eləcə də dəmir yolu sahəsində tədbirlər görülür.  Bu yaxınlarda Gəncədə, bəlkə də Azərbaycanda ilk dəfə olaraq, bütöv bir şəhərdə nəqliyyat infrastrukturunu yeniləmişik. Yaxın aylarda, il sonuna qədər Naxçıvanda da analoji tədbirin yekunlaşdırılması planlaşdırılır. Qarabağla bağlı bütün şəhərlərdə infrastrukturun qurulması nəzərdə tutulur”, – deyə nazir müavini bildirib.


media-adspc

Bənzər xəbərlər