media-oouner2jgdybhdsslo3sgub4givzhd0g8cbyjvkw_1200

Bakıda 19 yaşlı Vasif Elnur oğlu Abidinov itkin düşüb.

ERAmedia xəbər verir ki, bu barədə Oxu.Az-a onun yaxınları məlumat veriblər.

Bildirilib ki, 2-ci kurs tələbəsi olan V.Abidinov sonuncu dəfə Xətai rayonunda yerləşən “Günəşli” parkında görülüb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 19 yaşlı şəxs axtarışa elan edilib. Onun tapılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür. Nəticəsi barədə məlumat veriləcək.

Qeyd edək ki, Vasif Abidinov Gəncə Dövlət Aqrar Universitetinin tələbəsidir.


media-adspc

Bənzər xəbərlər