media-media-1639142320_1638337306_1610331161_bakubus-avtobus-rybxgsq9pavmij6tuc8k

Badamdar qəsəbəsi, Cavidan İbrahimli küçəsində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən 53 nömrəli müntəzəm marşrutun nizamlı fəaliyyəti təmin olunmadığından hərəkət sxemi müvəqqəti dəyişdirilib.

ERAmedia-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, hazırda 53 nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi “20-ci Sahə” yaşayış massivi, son dayanacaq məntəqəsi isə Abbas Mirzə Şərifzadə küçəsi (Respublika Klinik Xəstəxanası) olmaqla fəaliyyət göstərir.

Eyni zamanda, vətəndaşların ictimai nəqliyyata əlçatanlığını təmin etmək üçün 3 nömrəli müntəzəm marşrutun Badamdar qəsəbəsində hərəkəti Cavidan İbrahimli küçəsinə (“Atilla” İdman Mərkəzi) kimi təşkil olunur.


media-adspc

Bənzər xəbərlər