media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall
media-17573965765012238192_1200x630
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun 13-cü iclası keçirilir. Foruma”İnkişaf və Təhlükəsizliyin Rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” mövzusuna həsr olunmuş tədbirə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Şanxay Beynəlxalq Araşdırmalar İnstitutu təşkilatçılıq edir. 

ERAmedia xəbər verir ki, əvvəlcə foruma həsr olunan videoçarx nümayiş etdirilib.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciəti səsləndirilib. Müraciəti Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev oxuyub.

Beynəlxalq Strateji və Təhlükəsizlik Araşdırmaları İnstitutunun direktor müavini, Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun baş elmi işçisi Zhao Longun moderatorluğu ilə keçiriləcək plenar sessiyada BMTM-in İdarə Heyətinin sədri  Fərid Şəfiyev, AQEM-in Baş katibi Kayrat Sarıbay, Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin Avropa və Mərkəzi Asiya İşləri Departamentinin təmsilçisi səfir  Yan Wenbin,  Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun Prezidenti Chen Dongxiao çıxış edəcəklər. Beyin Mərkəzləri Forumunun birinci günü “İnkişaf vasitəsilə təhlükəsizliyin təşviqi – Asiya təhlükəsizlik idarəçiliyinə yeni yanaşmaların tədqiqi”; “Yaşıl və rəqəmsal transformasiya dövründə təchizat zənciri üzrə əməkdaşlıq”; “Avrasiya bağlantılarının gücləndirilməsi: Bir Kəmər, Bir Yol təşəbbüsü (BRI), Orta Dəhliz, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (INSTC) və digər layihələr” mövzularında sessiyalar keçiriləcək.

Forumun ikinci günü “AQEM beynəlxalq təşkilat kimi: Transformasiya və potensialın artırılması” mövzusunda sessiya və “Yeni Asiya nizamının formalaşması” mövzusunda tematik panelin keçirilməsi nəzərdə tutulub.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər