media-meyit_qadin1739772146
media-bant_master

Bakıda binalardan birinin zirzəmisindən meyit tapılıb.

ERAmedia “Qafqazinfo”-ya  istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu Asif Məhərrəmov küçəsində qeydə alınıb.

Yardımlı rayon sakini 40 yaşlı Amid Kürd oğlu Əsədovun meyiti küçədəki 5 mərtəbəli binanın zirzəmisində aşkar edilib.

Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

A.Əsədovun ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


media-adspc

Bənzər xəbərlər