media-3thscefj3ywqi4flir3fpdwilhwhddnz4xmlqxuc_640
media-bant_master

Bakıda ilk dəfə D-8 Gənclər Dialoqu təşkil olunub.

ERAmedia xəbər verir ki, tədbirin açılışında gənclər və idman naziri Fərid Qayıbov, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İsiaka Abdulqadir İmam, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, COP29 üzrə baş danışıqçı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc lideri, JSRI-nin Kommunikasiya və Maarifləndirmə direktoru Merna Alzurikat, eləcə də tədbirin xüsusi qonağı, Somalinin gənclər və idman naziri Mohamed Abdulkadir iştirak edir.

Dialoq Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Gənclər Qlobal Şəhər Gündəliyinin Gələcəyini Formalaşdırır: Sabahın Dayanıqlı və İqlimədavamlı Şəhərləri” mövzusu altında keçirilir.

Tədbirin əsas məqsədi gənclər arasında regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsi, innovasiya və məşğulluq sahəsində gənclərin potensialının artırılması, həmçinin dayanıqlı, inklüziv və davamlı şəhər mühitinin qurulmasında gənclərin rolunun genişləndirilməsidir.

Forum çərçivəsində “İnsan kapitalının inkişafı və dayanıqlı şəhərsalma – Gənclər inkişafın aparıcı gücü kimi”, “Dayanıqlı şəhərsalma: Gənclər və şəhərlərin gələcəyi”, “Ağıllı və inklüziv şəhərlər üçün transformasiya” kimi mövzuların müzakirəsi planlaşdırılır.

media-aaxo3vkn9z7elkviazpe6nyxoje86i5nmx1j0ck0_1200

 


media-adspc

Bənzər xəbərlər