Bakıda həkimlərin ölüm diaqnozu qoyduğu körpə yolda AYILDI
Bakıda yerləşən özəl xəstəxanalardan birində vəfat etdiyi bildirilən 9 aylıq körpə dəfn üçün Ağcabədiyə aparılarkən ayılıb.
ERAmedia “Teleqraf”a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində baş verib.
Kənd sakini Elif Pərviz qızı İsgəndərli əvvəlcə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında müalicə alıb. Vəziyyəti ağırlaşdığı üçün körpə daha sonra Bakıya göndərilib.
Məlumata görə, həkimlər onda həyat əlamətlərinin olmadığını bildirərək ailəsinə təhvil veriblər.
Uşaq dəfn olunması üçün kəndə aparılarkən ayılıb və təxminən 3 saat sonra ölüb.
Faktla bağlı araşdırma aparılır.









