Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilir - FOTO
Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilir.
ERAmedia xəbər verir ki, tədbir çərçivəsində “Şəhərsalma və Memarlıq İlində media gündəmi”, “Rəqəmsal mühitdə gözlənilməz risklər: Zərərli informasiyaya qarşı birgə mübarizə”, “Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya” və digər mövzular ətrafında müzakirələr aparılacaq.
Forumun keçirilməsində məqsəd ictimai proseslərin mediada işıqlandırılması səviyyəsinin artırılması, rəqəmsal mühitdə yaranan çağırışlara qarşı birgə yanaşmaların formalaşdırılması və innovativ media həllərinin təşviq edilməsidir.









