Bakıda iki gündə 48 ağac sınıb
2 gün ərzində paytaxt ərazisində 48 ağac, 63 ağac budağı sınıb.
ERAmedia xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyindən məlumat verilib.
Bildirilib ki, Birliyin briqadaları tərəfindən operativ şəkildə sınan ağacların kəsilməsi, sınan budaqların budanmasını təmin ediblər.









