Bakıda ilk dəfə çərpələng festivalı keçirilib - VİDEO
Azərbaycanda ilk dəfə böyük miqyasda çərpələng festivalı təşkil olunub. Qeyd edək ki, bu festival iştirakçıların böyük sevincinə və yüksək əhvali-ruhiyyəsinə səbəb olub.
Baku TV-nin məlumatına görə, 1 500-dən çox insanın qatıldığı tədbirdə hər yaş qrupundan olan sakinlər asudə vaxtlarını səmərəli və əyləncəli keçirirlər.
Səmanın və dənizin ahəngi fonunda süzülən mindən çox rəngarəng çərpələng ərazidə unudulmaz mənzərə yaradıb.










