Bakıda İT muzeyi yaradılır
Bakıda İnformasiya Texnologiyaları (IT) muzeyi yaradılacaq.
ERAmedia xəbər verir ki, muzeydə köhnə kitablar, köhnə kompüterlər, qurğular, məlumat daşıyıcıları və şəbəkə avadanlığı nümayiş etdiriləcək.
Muzey Bakı şəhəri, Mətbuat prospekti 25 ünvanında (“Elmlər akademiyası” metrostansiyasının yaxınlığı) yerləşəcək.










