media-1790256157485339302_1200x630

Bakının sayca onuncu dəfə ev sahibliyi etdiyi Formula 1 Azərbaycan Qran-prisi çərçivəsində Dənizkənarı Milli Parkın ərazisində klassik avtomobillərin sərgisi keçirilir.

ERAmedia xəbər verir ki, sərgi Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə təqdim olunur. İzləyicilər yarış günlərində Formula 1-in fan zonasında retro avtomobillərlə tanış ola biləcəklər.

Formula 1-in sürət və həyəcan dolu ab-havasını tamamlayan həmin sərgi ziyarətçiləri avtomobil tarixinin müxtəlif dövrlərinə səyahətə dəvət edir.


media-adspc

Bənzər xəbərlər