media-548ac384-12da-434c-8774-6c639132b720

Yağışlı havalarda yol hərəkəti qaydalarına əməl edilmədikdə qəzalar baş verir.

ERAmedia xəbər verir ki, görüntüdəki ilk qəza oktyabrın 4-ü paytaxtın Sabunçu rayonu, Aeroport şosesində, digəri isə Lökbatan qəsəbəsi ərazisində baş verib.

Müşahidələr də onu deməyə əsas verir ki, yağışlı havalarda baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəbləri arasında sürət həddinin aşılması, asfalt örtüyünün sürüşkən olmasının nəzərə alınmaması, ara məsafəsinin gözlənilməməsi və manevretmə qaydalarının pozulması üstünlük təşkil edir.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bu cür halların ciddiliyini nəzərə almayan sürücülərə yollarda daha məsuliyyətli olmağı və yol hərəkəti qaydalarına ciddi əməl etməyi tövsiyə edib.

Qeyd edək ki, Lökbatan qəsəbəsində 194 saylı marşrut xətti üzrə “Daewoo” markalı avtobusun aşması nəticəsində bir neçə nəfər xəsarət alıb.


media-adspc

Bənzər xəbərlər