Bakıda maşınla toqquşan atın sahibi saxlanılıb - VİDEO
Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub.
ERAmedia Oxu.az-a istinadən xəbər verir ki, qəza Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində qeydə alınıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib.
Qəzanın hansı şəraitdə baş verdiyi məlum deyil. Hazırda faktla bağlı araşdırma aparılır.









