Bakıda milli geyimlərdə gəzinti-yürüş təşkil olundu
QHT Agentliyinin və Mirzə Ələkbər Sabir Fondunun birgə təşkilatçılığı ilə WUF13 çərçivəsində Bakının mərkəzində bir qrup Azərbaycan xanımlarının milli geyimlərdə gəzinti-yürüşü təşkil edilib.
ERAmedia-ya Agentlikdən bildirilib ki, aksiya sakinlər və xarici qonaqlar tərəfindən yüksək maraqla qarşılanıb.
Mirzə Ələkbər Sabir Fondunun sədri, əsərləri dövlət varidatı elan edilmiş M.Ə.Sabirin nəvəsi Sevda Tahirlinin sözlərinə görə, Qız Qalası – İçərişəhər – Natəvan heykəli – Dənizkənarı Milli Park – Xaqani bağı – Fəvvarələr Meydanı – Sabir heykəli marşrutu üzrə davam etmiş gəzinti-yürüşün məqsədi milli irsin tanıdılması, milli geyimlərə, kəlağayılara maraq oyatmaqdır.
S.Tahirli WUF13 çərçivəsində və Müstəqillik Günü ərəfəsində bu tədbirin təşkilinin xüsusi rəmzi mənasının olduğunu qeyd edib.










