Bakıda partlayış: Usta faciəvi şəkildə həlak oldu
Bakının Nəsimi rayonunda yeni tikilmiş binada partlayış baş verib.
ERAmedia Trendə istinadən xəbər verir ki, insident 4-cü mikrorayon ərazisində baş verib.
Hadisə zamanı usta mənzilin eyvanında kondisioneri təmir edərkən partlayış olub.
Partlayışın təsirindən tikintidə çalışan fəhlə yüksək mərtəbədən yıxılaraq həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.









