Bakıda qəza faciə ilə nəticələndi - VİDEO
Ötən gün axşam saatlarında paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli və Fətəli xan Xoyski küçələrinin kəsişməsində baş verən yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib.
ERAmedia xəbər verir ki, motosikletin sürücüsü, 19 yaşlı Ramal Səfərli həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Hadisə barədə danışan Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, bu görüntülər sadəcə bir qəzanı deyil, itirilən bir həyatı xatırladır.
“Yollarda faciələrin yaşanmaması üçün hər bir hərəkət iştirakçısı diqqətli olmalı, sürət həddinə əməl etməli və yol hərəkəti qaydalarına ciddi riayət etməlidir”, – deyə o vurğulayıb.









