media-176165855134528956_1200x630
media-bant_master

Bakıda qol güləşi üzrə dünya çempionatına start verilib.

ERAmedia  xəbər verir ki, ilk dəfədir Azərbaycanda keçirilən mundialın açılış mərasimində əvvəlcə yarışda iştirak edəcək ölkələrin paradı olub.

Açılışda Beynəlxalq Qol Güləşi Federasiyasının (IFA) prezidenti Anders Aksklo və gənclər və idman naziri Fərid Qayıbov çıxış ediblər. Daha sonra dünya çempionatı açıq elan olunub.

Qeyd edək ki, dörd gün müxtəlif yaş kateqoriyalarında davam edəcək yarışlarda 30 ölkədən 400-dən çox idmançı mübarizə aparır.


media-adspc

Bənzər xəbərlər