Bakıda skuter avtomobillə toqquşub
Qırmızı işıqda yolayrıcına daxil olan skuter avtomobillə toqquşub.
ERAmedia-ya bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, skuterin sürücüsü hadisədən 10 saniyə əvvəl də eyni qaydanı pozub, lakin yol boş olduğundan təhlükə qəzasız ötüşüb. Bir neçə saniyə əvvəlki təsadüf onları qəzadan qorusa da, növbəti dəfə üzərində sərnişinlə işıqforun qırmızı işığında keçən həmin skuteri avtomobil vurub.
Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə Mirzağa Əliyev küçəsinin kəsişməsində qeydə alınan həmin hadisənin görüntüləri NİİM-in müşahidə kameraları ilə qeydə alınıb.
“Yol hərəkətində “bu dəfə heç nə olmadı” düşüncəsi növbəti dəfə də heç nə olmayacağı anlamına gəlmir. Dəfələrlə deyildiyi kimi, kiçik elektrik nəqliyyat vasitəsinin sürücüləri bilməlidirlər ki, digər nəqliyyat vasitələri kimi onlar da işıqforun siqanallarının tələblərinə əməl etməli və skuterlə sərnişin daşımamalıdırlar. Eyni zamanda, ümumi istifadədə olan avtomobil yollarında yolun sağ kənar zolağından başqa, digər zolaqlarla hərəkət etmək qadağandır”, – deyə məlumatda vurğulanıb.










