Bakıda taekvondo üzrə gənclər arasında “Koreya Səfiri Kuboku” keçiriləcək
Sentyabrın 25-də Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda taekvondo üzrə gənclər arasında “Koreya Səfiri Kuboku” keçiriləcək.
ERAmedia xəbər verir ki, bir gün davam edəcək turnirdə Azərbaycanın müxtəlif şəhər və rayonlarını təmsil edən idman klubları və təşkilatlarının taekvondoçuları mübarizə aparacaqlar.
Yarışda 2009–2011-ci il təvəllüdlü oğlan və qız idmançılar iştirak edəcəklər.
Gənc oğlanlar 48, 55, 63, 73 və +73 kiloqramlarda, gənc qızlar isə 44, 49, 55, 63 və +63 kiloqram dərəcələrində qüvvələrini sınayacaqlar.










