media-w_1617896285155426329883_1200x630

Sentyabrın 17-də Bakı şəhərində, Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubovun sədrliyi ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilib.

ERAmedia xəbər verir ki, əvvəlcə Ramil Usubov Azərbaycan Prezidenti İlham Əliyevin müraciətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan, eləcə də Şimali Kipr Türk Respublikası və Türk Dövlətləri Təşkilatının Katibliyi təmsilçilərinin iştirak etdiyi tədbirdə müzakirə olunan mövzularla bağlı Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun məruzəsi dinlənilib. Diqqətə çatdırılıb ki, qlobal geoiqtisadi münaqişələrin, müharibələrin, beynəlxalq hüququn zəifləməsi kimi mürəkkəb və təhlükəli proseslərin mövcudluğu şəraitində illik toplantıların keçirilməsi müasir çağırışların qabaqlanması, ümumi təhdidlərə qarşı birgə cavabların hazırlanması baxımından səmərəli platforma, ölkələrimiz arasında təhlükəsizlik sahəsində əməkdaşlığın güclənməsinə, ortaq maraqlarımızın həyata keçirilməsinə mühüm töhfədir.

Gündəlikdə duran məsələlər – Yaxın Şərqdə cərəyan edən hadisələr fonunda regional təhlükəsizlik problemləri, süni intellekt sahəsində milli inkişafın imkanları və digər mövzularla bağlı nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər.

Müzakirə zamanı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçıları tərəfindən əldə olunan razılaşmaların, eyni zamanda, 2025-ci il oktyabr ayının 7-də imzalanmış Qəbələ Bəyannaməsinin müddəalarından irəli gələn təhlükəsizlik məsələləri üzrə vəzifələrin həyata keçirilməsi istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.


media-adspc

Bənzər xəbərlər