media-1787293646465750724_1200x630

Bu gün Bakının ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun oyunlarına start veriləcək.

ERAmedia xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq açılış mərasimi saat 18:15-də başlayacaq. Mərasimdən sonra, saat 19:00-da Azərbaycan və Portuqaliya milli komandaları arasında ilk oyun baş tutacaq.

Qeyd edək ki, qadın voleybolçular arasında Avropa çempionatı 21 avqust – 6 sentyabr tarixlərində Azərbaycan, Türkiyə, İsveç və Çexiyanın ev sahibliyi ilə keçirilir.

C qrupunda (21-28 avqust) Azərbaycan, Niderland, İspaniya, Belçika, Portuqaliya və Rumıniya yığmaları mübarizə aparacaq.


media-adspc

Bənzər xəbərlər