media-bichaq

Bakının Nərimanov rayonunda dava zamanı 37 yaşlı şəxs bıçaq xəsarətləri alıb.

ERAmedia teleqraf-a istinadən xəbər verir ki, hadisə Əliəşrəf Əlizadə küçəsində Elm və Təhsil Nazirliyinin qarşısında qeydə alınıb.

Zaqatala rayon sakini 1989-cu il təvəllüdlü Ramazanov Şəhriyar Zakir oğlu küçədə tanımadığı şəxsin hücumuna məruz qalıb

O, hər iki ayağından bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.


media-adspc

Bənzər xəbərlər