Bakının bir sıra yollarda sıxlıq yaranıb
Paytaxt Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
ERAmedia Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:
1. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
4. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində.