media-1762515680478405199_1200x630
media-bant_master

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində mobilliyin inkişaf etdirilməsi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, yol hərəkəti iştirakçılarının rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə daha bir layihə icra edilib.

AYNA-dan ERAmedia -ya bildirilib ki, Məhəmməd Hadi və Qaçaq Nəbi küçələrinin kəsişməsində hərəkət intensivliyi və piyada təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə Məhəmməd Hadi küçəsində yeni təhlükəsizlik adacığı inşa edilərək hərəkət kanallaşdırılıb, yeni piyada keçidləri və panduslar təşkil olunub.

Adacığın inşası ilə Qaçaq Nəbi küçəsindən gələn avtomobillərin “Ukrayna dairəsi” istiqamətində birbaşa hərəkəti təmin edilib. Həmçinin metronun “Qara Qarayev” stansiyası istiqamətindən gələn nəqliyyat vasitələrinin “Ukrayna dairəsi” istiqamətində fasiləsiz hərəkətini təmin etmək məqsədilə ilk dəfə 5.53 – “Daimi sağa dönmə” yol nişanı tətbiq edilib.

Eyni zamanda, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən işıqforların iş rejimi dəyişdirilib, piyadaların rahatlığı üçün yeni piyada bölmələri quraşdırılıb.


media-adspc

Bənzər xəbərlər